Главная
АИ #14 (41)
Статьи журнала АИ #14 (41)
Research of the departmental information system

Research of the departmental information system

Рубрика

Информационные технологии, телекоммуникации

Ключевые слова

e-government
ınformation society
ınterdepartmental request
customer
initial vertex

Аннотация статьи

The concept of e-government is based on the use of information technologies for the comfortable and quick provision of information, the provision of public services and the interaction of executive authorities with each other. At the same time, personal interaction between the applicant and the state is minimized and automated as much as possible. Therefore, the relevance and practical value of this work is associated with the optimization and automation of the process of obtaining and providing public services, detailed information about them, information about state executive bodies, making them more accessible to end users.

Текст статьи

Giriş. Cəmiyyətin müxtəlif həyat sferalarında informasiyanın alınması və emalının rahatlığı, sadəliyi və sürətinin artırılması məqsədilə müasir informasiya texnologiyaları aktiv tətbiq edilir. İnternet şəbəkəsinin inkişafı nəticəsində informasiya ehtiyatları, insanın harada olmasından asılı olmayaraq getdikcə daha çox əlçatan olur.

Tədqiqat işinin məqsədi Bakı şəhərinin icra hakimiyyətinin bələdiyyə orqanlarının fəaliyyətinin avtomatlaşdırılmasından, fərdi işgüzarlara, fiziki və hüquqi şəxslərə dövlət xidmətlərinin göstərilmə imkanının realizə olunmasından, idarələrarası elektron qarşılıqlı əlaqənin təşkil edilməsindən ibarətdir. Tədqiq olunan məsələlər Dövlət munisipial xidmətlərin göstərilmə prosesinin avtomatlaşdırılması, Bakı şəhərinin dövlət və munisipial xidmətlərinin regional portalı ilə inteqrasiyası, verilənlərin mübadiləsi üçün idarələrarası elektron qarşılıqlı əlaqə sistemi ilə inteqrasiyasıdır [1].

«Elektron hökumət» konsepsiyası bazasında “İnformasiya cəmiyyəti” dövlət proqramının realizə olunmаsının yerinə yetirilməsi məqsədilə şəhər bələdiyyə hakimiyyət orqanları üçün idarə informasiya sisteminin yaradılması ən aktual məsələlərdən biridir. Belə bir idarə informasiya sisteminin yaradılması şəhər bələdiyyə hakimiyyət orqanlarının bir sıra problemlərini həll etməyə imkan verir.

Əsas hissə. Əvvəllər istifadə edilən informasiya sistemi qoyulan tələblərə cavab vermirdi. Köhnəlmiş texnologiyalardan istifadə etməklə işlənilmişdir, bunun nəticəsində işdə dayanmalar və kritik gecikmələr baş verirdi.

İdarə informasiya sisteminin işlənilməsinə başlamaqdan əvvəl əvvəlki bələdiyyə avtomatlaşdırılmış informasiya sistemində (BAİS1) dövlət xidmətlərinin göstərilməsinin biznes-prosesinin analizi aparılmışdır. Məsələn, “Yerli avtomobil yolları üzrə ağırçəkililərin daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin hərəkətinə xüsusi icazələrin verilməsi” xidməti üçün alqoritm aşağıdakı kimidir (şəkil 1):

Şəkil 1. BAİS1-də xidmətin göstərilmə alqoritmi

Təpələrin şərti işarələri aşağıdakılardan ibarətdir:

1 – başlanğıc təpə, sifarişçinin hakimiyyət orqanına müraciəti;

2 – ərizədə göstərilən verilənlərin tam və doğru olmasının ilkin yoxlanılması, əgər reqlamentdə nəzərdə tutulubsa – dövlət rüsumunun ödənilməsinin yoxlanılması;

3 – şöbələr arasında ilkin qərаrın razılaşdırma mərhələsi;

4 – əgər inzibati reqlamenlə nəzərdə tutulubsa – İdarələrarası sorğular;

5 – ilkin qərarın təsdiq edilməsi;

6 – nəticənin verilməsi, alqoritmin başa çatması. Tillərin şərti işarələri:

Р1 – sifarişçinin dövlət rüsumunu ödəməsi, ərizənin doldurulması;

Р2 – yoxlanılmış ərizənin hakimiyyət orqanının lazım olan şöbəsinin katibinə ötürülməsi;

Р3 – əgər reqlamentlə nəzərdə tutulubsa – lazım olan məlumatın alınması üçün korrespondensiya ilə idarələrarası sorğuların göndərilməsi;

Р4 – baxılan ərizənin razılaşdırılması və təsdiqlənməsi üçün şöbənin və ya bölmənin rəhbərinə ötürülməsi;

Р5 – hazır qərarın sifrişçiyə verilməsi.

Qeyd etmək lazımdır ki, bizim misalda xidmət üçün dövlət rüsumunun ödənilməsi və idarələrarası sorğular tələb edilir. Həmçinin, nəzərə almaq lazımdır ki, BAİS1-də elektron sənəd dövriyyəsi nəzərdə tutulmur və məlumatların ötürülməsi kağız şəklində yerinə yetirilir.

Bu modelin çatışmamazlıqları aşağıdakılardır:

  • kağızda sənəd dövriyyəsi;
  • ərizələrin işlənilməsinin canlı növbəsi;
  • idarələrarası sorğular korrespondensiya ilə kağız şəklində göndərilir;
  • ərizədə göstərilən məlumatın əl vasitəsilə yoxlanılması, həmçinin dövlət və bələdiyyə ödənişləri barədə Dövlət informasiya sisteminə (DBÖ DİS) əlavə sorğu;
  • ərizələrə nəzarət etməyin və paylanmаsının mürəkkəbliyi.

Tətbiq edilmiş bələdiyyə avtomatlaşdırılmış informasiya sistemində (BAİS2) verilən xidmətin göstərilməsinin biznes- prosesinə baxaq (şəkil 2):

Şəkil 2. BAİS2-də xidmət göstərilməsinin biznes-prosesi

Təpələrin şərti işarələri:

1 – başlanğıc təpə, sifarişçinin şəxsi qəbul üçün hakimiyyət orqanına müraciəti;

2 – ərizənin mahiyyəti üzrə məlumatlarına şöbə və ya idarəetmə mütəxəssisi tərəfindən baxılması;

3 – İdarələrarası Elektron Qarşılıqlıəlaqə Sistemi (İEQS) vasitəsilə informasiyanın alınması; ;

4 – DBÖ DİS-də elektron şəkildə ödənişin statusunun alınması;

5 – qərarın ilkin müsbət layihəsi;

6 – qərаrın ilkin mənfi layihəsi;

7 – qərar layihəsinin təsdiqi, seçilmiş qayıdış kanalı üzrə xidmətin göstərilmə nəticəsinin verilməsi, prosesin başa çatması.

Tillərin şərti işarələri:

Р1 – idarənin əməkdaşı tərəfindən təqdim edilən sənədlər üzrə ərizənin elektron şəkildə doldurulması;

Р2 – İdarələrarası sorğu;

Р3 – DBÖ DİS-ə sorğu;

Р4 – ilkin müsbət qərarın qəbul edilməsi;

Р5 –xidmətin göstərilməsinə ilkin imtinanın qəbul edilməsi;

Р6, Р7 – qərarın təsdiqi.

Elektron sənəd dövriyyəsi, dövlət xidmətlərinin göstərilməsinin optimallaşdırılmış vahid biznes prosesinin tətbiqi, elektron şəkildə İEQS vasitəsilə informasiyanın alınması, DBÖ DİS-dən informasiyanın elektron şəkildə alınması dövlət xidmətlərinin göstərilməsinin keyfiyyətini, rahatlığını, effektivliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verir [2, s 117].

Nəticə. Bu tədqiqat işinin nəticəsində bələdiyyənin avtomatlaşdırılmış informasiya sistemlərinin keyfiyyət və kəmiyyət xarakteristikalarının yaxşılaşdırılması məqsədilə onların aşkar edilməsi üçün bu sistemlərin müqayisəli tədqiqatı aparılmışdır. Alınmış verilənlər əsasında Bakı şəhərinin bələdiyyə hakimiyyət orqanları üçün idarə informаsiya sistemi işlənilmiş və tətbiq edilmişdir [4, s 298].

İşlənilmiş informasiya sistemi aşağıdakılara imkan yaradır:

  • fərdi sahibkarlar, fiziki və hüquqi şəxslər üçün dövlət və bələdiyyə xidmətlərini göstərmək;
  • vətəndaşların şəxsi müraciətində ərizələrin qeydiyyatı;
  • Bakı şəhərinin dövlət xidmətlərinin regional portalından elektron şəkildə ərizələri qəbul etmək;
  • verilən ərizələrin reyestrini aparmaq;
  • hesabatları tərtib etmək və verilən parametrlərə uyğun olaraq verilənləri süzgəcdən keçirmək, sistemdə ərizələrin axtаrışını yerinə yetirmək;
  • elektron sənəd dövriyyəsini həyata keçirmək;
  • idarələrarası elektron qarşılıqlıəlaqə sistemi vasitəsilə lazım olan məlumatı almaq;
  • dövlət və bələdiyyə ödənişləri barədə Dövlət informasiya sistemində ödənişlərin olması barədə məlumat almaq.

Statistik verilənlərin yerinə yetirilmiş hesabatları göstərir ki, idarə informasiya sistemi:

  • dövlət xidmətlərinin göstərilmə müddətini azaldır;
  • idarə əməkdаşlarının qarşılıqlı əlaqə modelini optimallaşdırır;
  • İEQS vasitəsilə informasiya mübadiləsi prosesini avtomatlaşdırır.

***

İDARƏ İNFORMASİYA SİSTEMİNİN TƏDQİQİ

Elektron hökumət konsepsiyası informasiyanın rahat və tez təqdim edilməsi, dövlət xidmətlərinin göstərilməsi və icra hakimiyyəti orqanlarının öz aralarında qarşılıqlı əlaqəsi üçün informasiya texnologiyalarının istifadə edilməsinə əsaslanır. Bu zaman sifarişçi və dövlətin şəxsi qarşılıqlı əlaqəsi minimuma çatdırılmış və maksimal dərəcədə avtomatlaşdırılmışdır. Buna görə bu işin aktuallığı və praktiki dəyəri dövlət xidmətlərinin, onlar barədə ətraflı informasiyanın, icra hakimiyyətinin dövlət orqanları barədə məlumatların, onları son istehlakçılara daha əlçatan etməklə, alınması və göstərilməsi prosesinin optimallaşdırılmаsı və avtomatlaşdırılması ilə bağlıdır.

Açar sözlər: elektron hökumət, informasiya cəmiyyəti, idarələrarası sorğu, sifarişçi, başlanğıc təpə

***

ИССЛЕДОВАНИЕ ВЕДОМСТВЕННОЙ ИНФОРМАЦИОННОЙ СИСТЕМЫ

Концепция Электронного правительства основывается на использовании информационных технологий для комфортного и быстрого предоставления информации, оказания государственных услуг и взаимодействия органов исполнительной власти между собой. При этом, личное взаимодействие заявителя и государства сведено к минимуму и максимально автоматизировано. Поэтому актуальность и практическая ценность данной работы связаны с оптимизацией и автоматизацией процесса получения и оказания государственных услуг, подробной информации о них, сведениях о государственных органах исполнительной власти, делая более доступными их конечным потребителям.

Ключевые слова: электронного правительства, информационное общество, межведомственный запрос, покупатель, начальная вершина.

Список литературы

  1. Государственная программа «Информационное общество» (2011–2020 годы), от 24 августа 2014 года.
  2. Васильев Р. Б., Калянов Г. Н., Лёвочкина Г. А. Управление развитием информационных систем. – М.: Горячая линия - Телеком, 2009. – 368 с.
  3. Fang, Zhiyuan. "E-government in Digital Era: Concept, Development, and Practice". Retrieved 2 April 2014.
  4. O'Brien, J. A. (2005). Introduction to Information Systems. 12. Basım. S. 298-299. McGRaw-Hill.
  5. Rossel, Pierre, and Matthias Finger. "Conceptualizing e-Governance." Management (2007) : 399–407.

Поделиться

1698

Aliyeva Y. N., Rzayev K. M. Research of the departmental information system // Актуальные исследования. 2021. №14 (41). С. 11-14. URL: https://apni.ru/article/2155-research-of-the-departmental-information-syst

Обнаружили грубую ошибку (плагиат, фальсифицированные данные или иные нарушения научно-издательской этики)? Напишите письмо в редакцию журнала: info@apni.ru
Актуальные исследования

#52 (234)

Прием материалов

21 декабря - 27 декабря

осталось 6 дней

Размещение PDF-версии журнала

1 января

Размещение электронной версии статьи

сразу после оплаты

Рассылка печатных экземпляров

17 января