Local computer network modeling

Рубрика

Информационные технологии, телекоммуникации

Ключевые слова

IT cluster
model
network
switch
interface

Аннотация статьи

The purpose of this article is to model a local area network designed for an information technology cluster. Through the analysis of this model, it is possible to analyze the main parameters of the computing network, to justify the decisions made during the design and the objective choice of equipment. In addition, the main parameters of the computer network were evaluated by modeling the system. Capacity, response time, utilization factor and average load are also calculated.

Текст статьи

Giriş. Müəssisənin klaster sisteminin yaradılması istehsalın təşkilinin çox səmərəli və yüksək məhsuldarlıqlı bir üsuludur. Belə sistemin təşkili istehsal prosesində müxtəlif iştirakçıların öz aralarında aktiv qarşılıqlı təsir göstərmək imkanını yaradır.

İnformasiya texnologiyalarının sürətli inkişafı işləyib hazırlayanlardan və İT-mütəxəssislərindən daim yeniliklər və təkmilləşdirmələr tələb edir. İnnovasiya sferasını inkişaf etdirmək üçün ciddi resurslar lazımdır. Onların “hamıya birdən” prinsipi üzrə təmin edilməsi çox ucuz və praktikidir. Bu maya dəyərini azaltmağa və iqtisadi effektivliyi artırmağa imkan verir, klasterin tərkibində olan müəssisələrin birgə inkişafına zəmin yaradır [1].

Klaster istehsalının təşkili getdikcə daha çox püxtələşir və artıq indi bütün dünyada, o cümlədən bizim ölkədə geniş yayılmışdır.

Daimi inkişaf, texnologiyaların və infrastrukturun təkmilləşdirilməsi belə miqyaslı İT-klasteri üçün daha bir mühüm göstəricidir.

İnformasiya Texnologiyaları klasterin əsas elementi verilənlərin emal mərkəzinin təmin edilməsidir. Verilənlərin emal mərkəzinin(VEM) təyinatı istifadəçilərin hesablama resurslarını təmin etməkdən ibarətdir.

Klasterin yaradılması ideyasının özü onun istifadəçiləri üçün rahat əmək şəraitinin yaradılmasıdır.

Kifayət qədər məhsuldar avadanlığın seçilməsini analiz etmək, sistemdə cavab müddətini təyin etmək, kabel birləşməsinin buraxma qabiliyyətini qiymətləndirmək, həmçinin yüksək məhsuldarlıqlı güclərin seçilməsini əsaslnadırmaq üçün layihələndirilən şəbəkənin modelləşdirilməsini aparırıq [2]. Modelləşdirməni kompüter şəbəkələrinin layihələndirilməsi və modelləşdirilməsi proqramı - NetCracker Professional 4.1 proqram mühitindən istifadə etməklə aparılır. Müxtəlif cür avadanlıqla geniş kitabxana şəbəkənin lazım olan komponentlərini seçməyə və ya kitabxanaya avadanlığın öz konfiqurasiyalarını əlavə etməyə imkan verir. Proqram sistemin parametrlərini kiçik ev parametrlərindən iri regional şəbəkələrədək hesablamağa imkan verir. Proqram sadə və anlaşılan interfeysə malikdir.

Əsas hissə. NetCracker Professional 4.1 sistemində modelləşdirmədə kitabxanadan aktiv şəbəkə avadanlığı seçilir. Sonuncu versiyaya qədər yeniləşmiş kitabxananın əksər hissəsi bizim öz şəbəkəmizdə istifadə etdiyimiz avadanlıqdan ibarətdir. Standart kitabxanada olmayan qurğuları isə xarakteristikalar və funksiyalar dəsti üzrə analoji olanlar ilə əvəz edilir. Seçilmiş şəbəkə avadanlığını elementlər arasında əlaqələri yaratmaq vasitəsilə şəbəkəyə birləşdirilir. Əlaqənin, həmçinin xarakteristikalar dəsti vardır. Bu ötürülmə mühitinin tipi, fiziki birləşmənin uzunluğu, birləşmə interfeysi, verilənlərin ötürülmə protokolu və buraxılış qabiliyyətidir.

Modeldə bütün elementlər seçildikdə və lazım olan əlaqələr qurulduqda, trafik vermək lazımdır. Onun vasitəsilə şəbəkəyə yüklənmə formalaşır və onun əsas parametrləri qiymətləndirilir. Modelləşdirmə zamanı bir auditoriyada işçi stansiyalar arasında, müxtəlif mərtəbələrdə siniflərdə kompüterlər arasında, auditoriyada işçi stansiya ilə server arasında lokal trafik yerləşdirilir [3].

Binanın səviyyəsindən başlayaraq şəbəkə modelləşdirilir. Binada üç mərtəbə- iki tipik, bir server mərtəbələri vardır. Şəkil 1.1-də binanın səviyyəsində modelin sxemi göstərilib.

NetCracker-də aşağıdakı şərti işarələr qəbul edilib: göy xətt buruq cütlükdən istifadə edilən birləşməni, sarı – optik-lifli kabeli göstərir.

Sistemin modeli hazır olduqda, bütün elementlər üçün trafiklər qoyulduqda, verilənlərin ötürülməsinə və sistemin testləşdirilməsinə başlamaq olar [4].

Şəkil 1.1. Mərtəbələrin şəbəkəyə birləşdirilmə modeli

Şəkil 1.2-də şəbəkə elementləri arasında paketlərin ötürülməsi əks olunan server mərtəbəsi göstərilmişdir. Rəngli düzbucaqlar paketlərin ötürülməsində istifadə edilən trafiki göstərir.

Şəkil 1.2. Server mərtəbəsi səviyyəsində verilənlərin ötürülməsi

Statistika kommutatorun parametrlərini əks etdirir. Məsələn, server mərtəbəsində orta gecikmə müddəti 5,3 ns, emal edilmiş paketlərin sayı 70773, orta istifadə əmsalı 20%, şəbəkəyə düşən orta yüklənmə 21,6 Мbit/s.

Şəkil 1.3. Tipik mərtəbədə verilənlərin ötürülməsi

İşçi stansiyaların statistikası fərqli olan digər parametrləri əks etdirir(1.3). Şəkil 1.4-də iki işçi stansiya üçün statistika ilə tipik kompüter auditoriyası göstərilmişdir. Onun tərkibinə cavab müddəti, alınan paketlərin sayı, sonincu saniyədə emal edilən paketlərin sayı, şəbəkəyə düşən orta yük daxildir.

Şəkil 1.4. Tipik kompüter auditoriyasında paketlərin ötürülməsi

Nəticə. Modelləşdirmə nəticələri göstərdi ki, layihələndirilən şəbəkə kifayət qədər buraxılış qabiliyyətinə və yüksək etibarlığa malikdir. Aydındır ki, şəbəkədə maksimal yüklənmədə dayanmalar və gecikmələr baş verməyəcək. Buraxılış qabiliyyəti səviyyəsi isə kifayət qədər yüksək qalacaqdır. Bundan başqa etibarlılıq və cəld təsirlilik şəbəkənin miqyaslanmasını təmin edir və imtinaya dayanıqlığı yüksəldir.

***

Bu məqalənin məqsədi informasiya texnologiyaları klasterinin layihələndirilən lokal hesablama şəbəkəsinin modelləşdirilməsidir. Bu modelin analizi vasitəsilə hesablama şəbəkəsinin əsas parametrlərini analiz etməyə, layihələndirmə zamanı qəbul edilən qərarları və avadanlığın obyektiv seçimini əsaslandırmağa imkan verir. Bundan başqa, sistemin modelləşdirilməsi yolu ilə hesablama şəbəkəsinin əsas parametrlərinin qiymətləndirilməsi aparılmışdır. Həmçinin, buraxılış qabiliyyəti, cavab müddəti, istifadə əmsalı və orta yüklənmə göstəriciləri hesablanmışdır.

Açar sözlər: İT klaster, model, şəbəkə, kommutator, interfeys.

***

Важным элементом исследования является моделирование спроектированной системы. Которое позволило проанализировать основные параметры вычислительной сети посредством анализа модели, рассчитать весомые показатели, позволяющие обосновать и подтвердить принятые при проектировании решения и объективный выбор оборудования. Кроме того, основные параметры компьютерной сети были оценены путем моделирования системы. Также рассчитываются емкость, время отклика, коэффициент использования и средняя нагрузка.

Ключевые слова: ИТ-кластер, модель, сеть, коммутатор, интерфейс.

Список литературы

  1. Что такое производственный кластер. [Электронный ресурс]:[статья] / Режим доступа: http://sapsan-logistics.ru/chto-takoe-proizvodstvennyyklaster, свободный. – Загл. с экрана. – Яз. рус., укр.,казах.,англ., китай.
  2. Капустин В.Е. Информационно-вычислительные сети : учебное пособие / Капустин, В. Е. Дементьев. – Ульяновск: УлГТУ, 2011. – 141с.
  3. Руководство пользователя NetCracker Professional 3.2: учебное пособие / NetCracker Technology – 2011. – 48 с.

Поделиться

1791

Aliyeva Y. N., Mammadli R. E. Local computer network modeling // Актуальные исследования. 2021. №20 (47). С. 20-23. URL: https://apni.ru/article/2416-local-computer-network-modeling

Обнаружили грубую ошибку (плагиат, фальсифицированные данные или иные нарушения научно-издательской этики)? Напишите письмо в редакцию журнала: info@apni.ru

Похожие статьи

Актуальные исследования

#52 (234)

Прием материалов

21 декабря - 27 декабря

осталось 6 дней

Размещение PDF-версии журнала

1 января

Размещение электронной версии статьи

сразу после оплаты

Рассылка печатных экземпляров

17 января