Главная
АИ #22 (49)
Статьи журнала АИ #22 (49)
Management of medical center complex with implementation of quality management s...

Management of medical center complex with implementation of quality management system (QMS)

Рубрика

Информационные технологии, телекоммуникации

Ключевые слова

semantic
hospital
experimental
statistics
medical data

Аннотация статьи

The purpose of this article is to develop the necessary processes for intelligent processing and analysis of medical data arrays with ready-made and improved semantic, mathematical and statistical algorithms.

It was noted that the modernization of information processing and medical data analysis systems plays an important role in solving analytical and managerial tasks of a medical institution.

Текст статьи

Giriş. Tibb müəssisələrində istifadə edilən verilənlərdən faydalı effekt əldə etmək üçün effektiv emal, həmçinin alınan informasiyanın analizi üçün informasiya sisteminin tətbiqi tələb olunur.

Tibb müəssisəsi tibbi verilənlərinin eksperimental analizi və emalı üçün tibb verilənlərinin informasiya emalı və analizi sistemlərinin (TVİEAS) yaradılması həkim qeydlərinin semantik analizini aparmağa imkan verir. Həmçinin, bu sistem xəstələrin analiz və müayinə nəticələrini göstərən ədədi verilənlərin statistik analizini aparmağı da özündə ehtiva edir.

TVİEAS kifayət qədər böyük verilənlər massivlərinin effektiv emalı üçün vasitələrə malikdir.

Əsas hissə. TVİEAS-in modernləşdirilməsi tibb müəssisəsində qurulan tibbi informasiya sistemindən (TİS) ayrı rahat şəkildə Tibb Müəssisəsinin analitik və idarəetmə məsələlərini həll etməyə imkan verir. Bu da məlum alqoritmlərin, eləcə də müəssisənin konkret verilənləri və məsələləri üçün işlənilmiş alqoritmlərin tətbiqi ilə analizlərin nəticələrini emal etməyə imkan verəcəkdir.

Müasir tibb mərkəzinin səviyyəsinə və miqyasına uyğun olan İT-dəstəyini təmin etmək üçün onun bütün əsas struktur bölmələrini əhatə edən tibbi informasiya sistemini seçmək və tətbiq etmək lazımdır [1]. Buraya həm də poliklinika, qəbul şöbələri, funksional diaqnostika şöbəsi daxil olmaqla klinika bölmələri, aptek, həmçinin laboratoriya, qanköçürmə stansiyaları və s. daxildir. Yeni informasiya sistemi tibbi verilənlərin və analitiklərin saxlanılmasının güclü sistemlərini özünə daxil etməlidir. Bundan sonra onlardan gündəlik işlərdə, eləcə də elmi fəaliyyətdə istifadə etmək mümkün olacaqdır.

Quality Managment System (qMS) tibb müəssisəsi və ya tibb müəssisəsi kompleksinin idarə edilməsi üçün tam funksional TİS-dir. Bu istənilən irimiqyaslı və profilli tibb müəssisənin bütün funksiyalarına dəstək verir. TİS mərkəzinin rəhbərliyi tərəfindən seçilmiş qMS inzibati-idarəetmə, müalicə-diaqnostika, maliyyə-təsərrüfat prosesləri, müalicə-profilaktika müəssisələri vahid informasiya fəzasında birləşdirir. Verilən funksionala, məhsuldarlığa, etibarlığa və xidmətin sadəliyinə dair sistemə verilən tələblərə cavab verir:

  • Inter Systems Caché verilənlər bazası vasitəsilə böyük həcmli tibbi verilənlərin etibarlı və effektiv saxlanılması [5]. Xəstələr barədə tam informasiyaya, o cümlədən əvvəlki müraciətləri və xəstəxanada olduqları barədə informasiyaya malik olmaq.
  • Xəstəxana mütəxəssisləri üçün informasiyanın əlçatan olması, nəticələrin tez emalı və analizi. Xəstəliklərin strukturunun və müalicənin effektivliyinin analizi.
  • Xəstələrin və xidmətlərin qeydiyyata alınmasının təşkil edilməsi, ehtiyatların idarə edilməsi.
  • Tibbi xidmətin bütün mərhələlərində tibbi yardımın göstərilməsində varisliyin daha dolğun təmin edilməsi imkanı ilə həkimlərin-mütəxəssislərin informasiya üzrə qarşılıqlı əlaqəsi.
  • Tibb müəssisəsinin sahə üzrə uzaqlaşmış bölmələri arasında informasiya üzrə qarşılıqlı əlaqəsi.
  • Klinika verilənləri itmir, bir xəstənin verilənlərinin digərinin vərəqinə daxiledilmə imkanı yoxdur.

Mərkəzin işi TİS hesabına yeni səviyyəyə keçir, bu səviyyədə xəstə barədə tam tibbi verilənlər tez və sadə əldə edilən olur. Xəstələrin tədqiqat nəticələrini gözləmə vaxtı azalır və klinikanın buraxılış qabiliyyəti artır. Sahə üzrə uzaqlaşmış tibb müəssisələri informasiya üzrə qarşılıqlı əlaqə imkanına malik olur.

TİS qMS müəssisənin işinin avtomatlaşdırılması üçün tətbiq edilir. TM-nin inzibati-idarəetmə, müalicə-diaqnostika və maliyyə-təsərrüfat proseslərini müşaiyət edir. Lakin sistemin bu versiyası analitik modul olmadan təqdim edilmişdir. Sistemin verilənlər massivinin statistik emalı kənar paketlərin köməyilə yarım əl rejimində emal edilir [4].

Sistemdən çıxarılan verilənlər natamam məlumat ola bilər. Eləcə də verilənlərin daxil edilməsinin paylanma nəticəsi kimi verilənlərin formatları ilə problemlərə malik ola bilər. Bir sıra belə mümkün olan səhvlər emal ilə bağlı çətinliklər yarada bilər və bunun üçün lazımsız vaxt sərf edər.

TM-də qMs TİS tətbiq edildikdən sonra idarəetmə, diaqnostika və təsərrüfat proseslərinin avtomatlaşdırılması baş verir. Lakin orada analitik modul yoxdur. Qurulmuş sistemin modernləşdirilməsi bir sıra səbəblərə görə müəssisə daxilində mümkün olmur [4].

Verilənlərin toplanması üçün (giriş verilənləri) təyin edilmiş TİS və verilənlərin toplanması üçün diaqnostika vasitələri (Internet of Things) kimi verilənlərin alınması üçün mənbələr mövcuddur. Harmonizasiya, inteqrasiya və verilənlərin birləşməsini əldə etmək, həmçinin kompleks inteqral göstəricinin alınması üçün ontologiyaların, anlayışların məcmusunun və onların arasında əlaqələrin qurulması lazımdır. Bu sistem giriş verilənlərinin çıxışda biliklər qrafı şəklində göstərmək üçün təyin edilmişdir. Bu problemin həlli üçün tibbi verilənlərin emalı və analizi üçün sistemi işləyib hazırlamaq lazımdır.

Tibb Müəssisəsinin verilənlərinin eksperimental analizi və emalı üçün tibbi verilənlərin informasiya emalı və analizi sisteminin yaradıması (TVİEAS) zəruridir. Bu sistem mətnlərin semantik analizini və ədədi verilənlərin statistik analizini aparmağa malikdir. Sistem verilənlərin saxlanılması üçün (Caché), semantik analiz üçün (IKnow), həmçinin mətnlərin analizi və emalı üzrə texnologiyalar, biliklər qrafının tətbiqilə məntiqi çıxış üçün InterSystems texnologiyalarından istifadə edir.

Nəticə. TVİEAS-in modernləşdirilməsi TM-də qurulan TİS-dən ayrı rahat şəkildə Tibb Müəssisəsinin analitik və idarəetmə məsələlərini həll etməyə imkan verir. Bu da məlum alqoritmlərin, eləcə də müəssisənin konkret verilənləri və məsələləri üçün işlənilmiş alqoritmlərin tətbiqi ilə analizlərin nəticələrini emal etməyə imkan verəcəkdir.

***

QUALITY MANAGEMENT SYSTEM-İN (QMS) TƏTBİQİ İLƏ TİBB MÜƏSSİSƏSİ KOMPLEKSİNİN İDARƏ EDİLMƏSİ

Bu məqalənin məqsədi tibbi verilənlər massivlərinin intellektual emalı və analizinin lazım olan proseslərinin hazır və təkmilləşdirilmiş semantik, riyazi və statistik alqoritmlərlə işlənilməsidir.

Qeyd edilmişdir ki, tibb verilənlərinin informasiya emalı və analizi sistemlərinin modernləşdirilməsinin tibb müəssisəsinin analtik və idarəetmə məsələlərinin həllində rolu böyükdür.

Açar sözlər: semantik, xəstəxana, eksperimental, statistik, tibbi verilənlər.

***

УПРАВЛЕНИЕ КОМПЛЕКСОМ МЕДИЦИНСКОГО ЦЕНТРА С ВНЕДРЕНИЕМ QUALITY MANAGEMENT SYSTEM (QMS)

Целью данной статьи является разработка необходимых процессов интеллектуальной обработки и анализа массивов медицинских данных с готовыми и улучшенными семантическими, математическими и статистическими алгоритмами.

Было отмечено, что модернизация систем обработки информации и анализа медицинских данных играет важную роль в решении аналитических и управленческих задач медицинского учреждения.

Ключевые слова: семантический, больница, экспериментальный, статистика, медицинские данные.

Список литературы

  1. Как интернет вещей меняет современную медицину. URL: https://meduza.io/feature/2015/12/14/bolnitsy-bez-vrachey-i-umnoe-mylo
  2. W3C. SemanticWeb. URL: http://www.w3.org/standards/semanticweb/
  3. Alexander Vodyaho, Nataly Zhukova.Conceptual Model for Routine Measurements Processing and Analyses in Adaptive Intelligent Information Systems. AIST, 2016.
  4. Prof. Fahmi Abu Al-Rub, Quality Management Systems (ISO 9001:2015)
  5. InterSystems. URL:http://www.intersystems.com

Поделиться

1268

Aliyeva Y. N., Alkishiyeva G. N. Management of medical center complex with implementation of quality management system (QMS) // Актуальные исследования. 2021. №22 (49). С. 19-21. URL: https://apni.ru/article/2532-management-of-medical-center-complex-with-imp

Обнаружили грубую ошибку (плагиат, фальсифицированные данные или иные нарушения научно-издательской этики)? Напишите письмо в редакцию журнала: info@apni.ru
Актуальные исследования

#48 (230)

Прием материалов

23 ноября - 29 ноября

осталось 5 дней

Размещение PDF-версии журнала

4 декабря

Размещение электронной версии статьи

сразу после оплаты

Рассылка печатных экземпляров

17 декабря