Comparative analysis of alternative fuels

Рубрика

Энергетика

Ключевые слова

natural gas
gasoline
diesel fuel
energy
car

Аннотация статьи

In this article have been studied classification of alternative fuels and their types. The issues of application and expansion of natural gas as an alternative to modern gas for the Republic of Azerbaijan instead of gasoline and diesel fuel were considered and analyzed.

Текст статьи

Giriş

Qeyd edək ki, ümumiyyətlə, yanacaq o maddələrə deyilir ki, o yanma zamanı çox böyük miqdarda istilik ayıra bilsin. Yanacaqlar iki növə bölünür: təbii və süni. Yanma prosesli yanacaqlar üzvü və qeyri-üzvü mənşəlidirlər. Yanacaqlar bərk (daş, kömür, oduncaq, torf və s), maye (benzin, kerosin, liqroin, mazut və s) və qaz şəkilli (karbon qazlı birləşmələr) olurlar.

Qaz yanacaqları kalorilik dərəcəsinə görə üç əsas qrupa bölünür: az kaloriyalı, orta kaloriyalı və yüksək kaloriyalı. Domna qazı aşağı kaloriyalı, koks qazı orta kaloriyalı və yüksək kaloriyalı yanacaqlara təbii (3500 KC), müşaətedici neft qazı (4500KC) və sıxılmış neft qazı (4600 KC).

Neft yataqlarında və neftin çıxarılması etaplarında alternativ yanacaq iki əsas yerə bölünür [1]: sıxılmış neft qazı və sıxılmış müşaətedici qaz (şəkil 1).

Şəkil 1. Alternativ yanacaqların sinifləşdirilməsi

Sıxılmış təbii məişəli qaz (şək 2) sıxlaşdırılmış təbii neft yanacağına nisbətən bir sıra müsbət cəhətli üstünlüklərə malikdir [1]:

  • Xeyli təhlükəsizdir, ona görə ki, havadan yüngüldür və axma (çıxma) zamanı buxarlanıb uçma qabiliyyətlidir;
  • Ucuz başa gəlir;
  • Təbii ehtiyatları çoxdur
  • İşlənmiş (yanmış) qaz ekoloji cəhətdən təmizdir.

Şəkil 2. Alternativ yanacaqların sinifləşdirilməsi sxemi

Qeyd etmək olar ki, müddət keçdikcə neftin dünya ehtiyatları tükənmək üzrədir, odur ki, neft təbiətli yanacaq, yəni alternativ yanacaq, növlərinin axtarılması və yaradılması məsələsi, zərurəti qarşıya çıxır. Neft təbiətli yanacaqlara bütöv avtomobil yanacaqları daxildir, ancaq benzin və dizel yanacaqları istisna olmaqla [1].

Sıxılmış neft qazı bir əlavə material kimi neftin destruktiv emalı prosesində alınır və bu məhsul neftin və neft qazının alınmasının 30%-ı təşkil edir. [1] Bu məhsulun tərkibi propan-butan traksiyalarından təşkil olunur.

Tədqiqatların nəticələri göstərir ki, sıxılmış qaz benzinlə müqayisədə aşağıdakı üstünlükləri qeyd etmək olar: [1]

  • Sıxılmış qaz benzindən 1,5-2 dəfə ucuzdur;
  • Detonasiya dayanlıqlığı xeyli yüksəkdir (105-ə kimi);
  • Mühərriklər yumşaq işləyir və təxmini resurslar 1,5 dəfə artır;
  • Mühərrik yağının qulluq müddəti 1,5-2 dəfə yüksəlir;
  • Detalların korroziya (paslanma) proseslərinə uğraması və aşılanması halları azalır ona görə ki sıxılmış qazın tərkibində faktiki olaraq kükürd olmur;
  • İşlənilmiş qazların toksiklik(zəhərlilik) dərəcəsini aşağı salır –karbohidrogen 1,9 dəfəyə kimi, azot oksidi - 1,2 dəfə və hidrogen oksidi – 2 dəfə
  • qatran çöküntülər yaranmır ona görə ki, neft qazı onları özündə həll edir.

“Enerji” termini altında onun müxtəlif növləri anlaşılır, [3] onların əsaslarını qeyd edək:

  • Mexaniki enerji;
  • Kinetik (və ya hərəkət) enerjisi;
  • Maqnit enerjisi;
  • Kimyəvi enerji;
  • Şüa enerjisi;
  • Atom (nüvə) enerjisi.

Neft-qaz ənənəvi enerji mənbələrinin istismarı hesabının tədricən tükənməsinin və onlardan istifadə zamanı ətraf mühitə külli miqdarda vurulan ziyanı nəzərə alaraq, gələcəyimiz üçün ekoloji cəhətlərdən təmiz və ehtiyatlılığı cəhətdən bərpa olunan (bol) alternativ enerji mənbələrindən (Günəş və külək enerjisi, kiçik su-elektrik stansiyaları (SES), termal sular, biokütlə enerjisi və s.) istifadə problemləri ön plana çıxır.

Adları qeyd olunmuş alternativ enerji mənbələrindən hal-hazırda, dünyanın sənaye cəhətdən inkişaf etmiş ölkələrində - ABŞ, Kanada, Finlandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya, Çin, Almaniya kimi sahələrdə daha qabaqcıl mövqe tuturlar. Belə ki, bu ölkələrdə statistikaya görə bərpa olunan enerji mənbələrinin payına ümumi istehsal olunan enerjinin 13,5% düşür. [2]

Alternativ enerji mənbələri

  • külək enerji potensiyalı ilə işləyən külək elektrik stansiyaları;
  • dağ çayları enerji potensiyalarından istifadə edən su elektrik stansiyaları;
  • günəş enerjisindən istifadə edilən günəş kollektorları;
  • dəniz(okean) dalğa enerji potensiyalının elektrik enerjisinə çevirən elektrik stansiyaları;
  • totoelementlərinin tətbiqi ilə işləyən az güclü elektrik stansiyaları;
  • istehsalat (senaye, kənd təsərrufatı, məişət və s) tullantıları və biokütlə ilə işləyən az güclü istilik elektrik stansiyaları;
  • neft, qaz, daş, kömür, kokus və s enerji mənbələrinin istifadə sahələri (istiçəkmə, nəqliyyat və s).

Alternativ enerji mənbələrinin müqayisəli təhlili aşağıdakı kriteryalara əsasən aparılır:

  • istifadə olunan yanacağın növünə görə;
  • istehsal olunan enerjinin növünə görə;
  • texniki iqtisadi göstəricilərə görə;
  • ekoloji təmizliyə görə.

Alternativ enerji mənbələrinin gücləri aşağıda göstərilmiş qiymətləri ödəyir: [2] kiçik (az) güclü – 250 - 1000kVt, orta güclü – 1 - 5 MVt, və böyük güclü – 5MVt və çox.

Alternativ yanacaqların texniki-iqtisadi göstəriciləri aşağıdakılardır

  • il ərzində istifadə saatları;
  • dayanıqlığı;
  • investisiya qoyuluşu (kapital qoyuluş);
  • özünü (istismar zamanı) ödəmə müddəti.

Azərbaycan avtomobil bazarının istifadə etdikləri yanacaqların (benzin, dizel, qaz) istifadəsinin təhlilinin nəticələrinə əsaslanaraq göstərmək olar [4]:

  • rəsmi statistikaya əsasən (2019 cu il 1 yanvar tarixi) Respublikamızda 1 milyon 370 min 574 ədəd nəqliyyat vasitəsi qeydə alınmışdır. O cümlədən 1 milyon 170 min 672 ədəd minik avtomobilləri, 147 min 343 ədəd yük avtomobilləri və 30 min 704 ədəd avtobuslar olmuşdur.
  • bazarda texniki imkanlarına görə müasir (Avro-5 və Avro-6 ekoloji standartlara cavab verməyən avtomobillərin sayı həddən ziyadə çoxdur, və ekologiyaya ziyan vuran Ai-92 və Ai-95 markalı benzindən istifadə olunur.
  • ölkədə Avro-5 standartlarına cavab verəcək benzin istehsalı yubanmaqdadır;
  • benzin və dizel yanacaqlarına alternativ təbii qaz yanacağının və onunla işləyən avtomobillərə stimullaşdırıcı faktorlu yanaşmanın səviyyəsini artırmalı.

Çıxış yolu kimi təbii qazla işləyəcək avtonəqliyyata CNG tətbiq edilmiş avtomobillərin sayının artırılmasında görünür.

Nəticə

  1. CNG-nin tətbiqi yanacaq bazarının ölkə enerji təhlükəsizliyinin mənbəyidir.
  2. Bu istiqamətdə texniki və təchizat xidmətlərinin təşkili cəhətdən genişləndirilməlidir.
  3. CNG yanacağı benzin və dizelle müqayisədə ekoloji cəhətdən xeyli təmizdir və yanğın riski sinifinə görə ən təhlükəlidir.
  4. İstismarda olan köhnə avtomobillərin dövrədə sayını azaltmağa imkan yaradacaq.

***

ALTERNATİV YANACAQLARIN MÜQAYİSƏLİ TƏHLİLİ

Mücərrəd. Alternativ yanacaqların sinifləşdirilməsi, onların növləri araşdırılmışdır. Azərbaycan Respublikası üçün müasir tələblərə uyğun olan təbii qazın bir alternativ maddə kimi benzin və dizel yanacaqların əvəzinə nəqliyyatda tətbiqi və genişləndirilməsi məsələləri nəzərdən keçirilmiş və təhlil olunmuşdur.

Açar sözlər: təbii qaz, benzin, dizel yanacağı, enerji, avtomobil.

Список литературы

  1. https://carlines.ru/modules/articles/article.php?stotyid=191
  2. https:/unece.org/sea__az_draft_report_2015.pdf
  3. Cəlilov M.F. Alternativ regenerativ enerji sistemləri(dərslik). Bakı, NPM “Təhsil”, 2009
  4. http://caspianbarrel.org/az/2019/azerbaycan_benzin_alternativ/

Поделиться

1141

Bakhishova Z. N. Comparative analysis of alternative fuels // Актуальные исследования. 2021. №41 (68). С. 10-12. URL: https://apni.ru/article/3047-comparative-analysis-of-alternative-fuels

Обнаружили грубую ошибку (плагиат, фальсифицированные данные или иные нарушения научно-издательской этики)? Напишите письмо в редакцию журнала: info@apni.ru
Актуальные исследования

#52 (234)

Прием материалов

21 декабря - 27 декабря

осталось 6 дней

Размещение PDF-версии журнала

1 января

Размещение электронной версии статьи

сразу после оплаты

Рассылка печатных экземпляров

17 января